"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Vergi olimpiadası”na hazırlıqlar görülür

--2017-05-26 / 18:16

 M.ə.RəSULZADə BəLəDiYYəSi  

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbənin Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbində, qəsəbə ərazisində yerləşən məktəblər arasında təşkil ediləcək “Vergi olimpiadası”na hazırlıq mərhələsində görüş keçirilib. Bu barədə məlumatı M.ə.Rəsulzadə bələdiyyəsi yayıb.

Keçirilən görüşdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun müdiri, bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri, Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbin direktoru Gülnarə Məmmədova, qəsəbə ərazisində yerləşən 100, 99, 143, 115, 30 saylı məktəblərin tərbiyyə işləri üzrə direktor müavinləri iştirak edib.

Bələdiyyə sədri Hümbət Hüseynov çıxış edərək qəsəbə ərazisində görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.  Bələdiyyə sədri Yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və digər məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, bu məqsədlə “Vergi olimpiadası” keçiriləcək.

Daha sonra ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə çıxış edərək, keçiriləcək “Vergi olimpiadası” haqqında ətraflı məlumat verib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

***

Biləcəri bələdiyyəsi 

Binəqədi rayonu uzrə keçiriləcək “Vergi olimpiadası” layihəsi çərçivəsində rayon ərazisində fəaliyyət göstərən məktəblər arasında keçirilməsi nəzərdə tutulmuş tədbir barədə Biləcəri bələdiyyəsi, ictimai-humanitar sektorunun təşkilatçılığı ilə qəsəbədə ki, məktəblərin Uşaq birliyi təşkilatı rəhbərləri ilə bələdiyyənin inzibati binasında Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Bələdiyyə Gəlirləri və Yerli vergilər şöbəsinin müdiri Qorxmaz Cəfərov, icraçı katib Leyla Mədətova, bələdiyyənin ictimai – humanitar sektorunun rəhbəri Sevinc ilyasovanın görüşü keçirilmişdir.
Bələdiyyənin sədri görüşdə bələdiyyə vergilərinin təbliğatı sahəsində maarifləndirmə işlərinin qurulması yollarını göstərmiş və müvafiq izahatlar vermişdir.
Daha sonra yaxın günlərdə start veriləcək “Vergi olimpiadası” layihəsi haqqında geniş məlumat verilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış və layihənin proqramı müzakirə edilmişdir.
Bununla bağlı müzakirə zamanı layihə ilə əlaqədar məktəblərin uşaq birliyi təşkilatı rəhbərlərinə tövsiyələr verilmişdir.

Belediyye.info

ŞƏRHLƏR